16 C
Baku
Thursday, October 17, 2024

Azərbaycanda bağlanan 4 bankın əmanətçilərinə 608 milyon manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 879 əmanətçiyə 608 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

“Banker.az” Əmanətlərin Sığortalanması Fonduna istinadla bildirir ki, “Atabank”ın 9 653 əmanətçisi 236 milyon 319 min 052  manat, “Amrah Bank”ın 5 715 əmanətçisi 138 milyon 318 min 171 manat, “AGBank”ın 4 531 əmanətçisi 108 milyon 937 min 692manat, “NBC Bank”ın isə 4 122əmanətçisi 124 milyon 483 min 553 manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Son xəbərlər
Digər xəbərlər