21 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanda bağlanan bankın daşınmaz əmlakı 3 milyon manata satışa çıxarıldı

Avqustun 17-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınmaz əmlak 2-ci dəfə təkrar açıq hərraca çıxarılacaq.

Banker.az xəbər verir ki,  daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 44 ünvanında yerləşən 0,8105 hektar torpaq sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 3 milyon manatdır.

Hərrac addımı ilkin satış qiymətinin 3 faizi qədərdir. Satış qiymətinin 5 faizi həcmində beh hərrac tarixinə ən azı 5 gün qalmış hərrac təşkilatına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Son xəbərlər
 ⁠
Digər xəbərlər