6 aprel 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “NBCBank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, Daşınmaz əmlak, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev 81/13, mənzil 43; 44; 45/47; 46; 49/50 ünvanında yerləşən (ü/s 279,09 kv.m) yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 268 000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəh., Yasamal ray, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67