18 yanvar 2023-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Banker.az xəbər verir ki, Daşınmaz əmlak, Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi 204A ünvanında istifadədə olan 0,0020 ha torpaq sahəsində yerləşən (ü/s 16,6 kv.m) olan qeyri-yaşayış binasıdır.
Daşınmaz əmlakın ilkin satış qiyməti 15 000 manatdır.