10 C
Baku
Wednesday, November 27, 2024

Azərbaycanda bağlanan Bankın sahibi növbəti dəfə məhkəməlik oldu

Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə növbəti dəfə məhkəməlik olub.

O, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərini pozub.

Bu maddədə qeyd olunur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib, hakim Gültəkin Əsədovanın icraatına verilib.

Qeyd edək ki, Ü.İldırımzadə “AmrahBank”ın Müşahidə Şurasının sədri, atası Yunis İldırımzadənin müşaviri olub. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb, daha sonra isə ev dustaqlığına buraxılmışdı.

 

 

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər