17 C
Baku
Friday, October 18, 2024

Azərbaycanda bağlanan bankların mənzilləri satışa çıxarıldı – QİYMƏT

Martın 27-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “AGBank” ASC-nin, martın 28-də isə Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında “Dəmir Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə,  “AGBank”a məxsus Qəbələ şəhəri, Mirzə Fətəli Axundov küçəsində yerləşən 94,49 kv.metrlik fərdi evin ilkin satış qiyməti 57 500 manatdır. “Dəmirbank” a məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 69 ünvanında yerləşən 485,9 kv.metrlik 4 mənzilin ilkin satış qiyməti 2 250 000 manatdır.

Son xəbərlər
Digər xəbərlər