Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 292,1 min vahid artıb və bu il avqust ayının 1-nə 1 milyon 694,1 minə çatıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin hesabatında deyilir.
Hesabata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 261,1 min vahid artaraq 801,0 min olub.