Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 271 min 251 vahid artıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin hesabatında deyilir.
Hesabata əsasən, əmək müqavilələrinin sayı bu il oktyabr ayının 1-nə 1 milyon 673 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 268 min 445 vahid artaraq 808.4 min olub.