2019-cu ilin əvvəlində gəlir vergisi üzrə islahatların başlanmasından indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 283 minədək, o cümlədən qeyri-neft özəl sektorda 233 mindən çox artıb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün rəsmi twitter səhifəsində paylaşıb.