7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bağlanmış 7 bankın əmlakları hərraca çıxarıldı – Qiymətlər

28 dekabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC, QSC “Bank Standard” KB-nin, “NBC Bank” ASC, “Zaminbank” ASC, “Atabank” ASC, “AGBank” ASC, “Texnikabank” ASC balansındakı əmlaklar açıq hərraca çıxarılacaq. 

Banker.az xəbər verir ki, “Amrahbank” ASC-nin balansındakı daşınar əmlaklar 45 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 14146 manatdır.  QSC “Bank Standard” KB-nin balansındakı daşınar əmlaklar 34 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 5455 manatdır.  “NBC Bank” ASC-nin balansındakı  daşınar əmlaklar 21 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 2485 manatdır.

“Zaminbank” ASC-nin balansındakı daşınar əmlaklar 17 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 2625 manatdır. “Atabank” ASC-nin balansındakı daşınar əmlaklar 20 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 1690 manatdır.

“AGBank” ASC-nin balansındakı daşınar əmlaklar 13 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 2505 manatdır. “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak Quba rayonu, Aşağı Xuç kəndində yerləşən ümumi sahəsi 2,397262 ha olan torpaq sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 15000 manatdır. 

 

 

 

Son xəbərlər
Digər xəbərlər