30 mart 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AG Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Daşınmaz əmlak, Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən torpaq (ümumi sahəsi 0,10 ha) sahəsidir.
Əmlakın 2 mart 2022-ci il tarixində keçirilən ilkin hərracı baş tutmamadığından, təkrar hərrac 30 mart 2022-ci il tarixində saat 11:00-da keçiriləcəkdir. Daşınmaz əmlakın satış qiyməti 38250 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəh., Yasamal ray, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67