16 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda bağlanmış bankın daşınmaz əmlakı satılır – QİYMƏTİ

6 aprel 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.

Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, məhəllə 593, ev 64, mənzil 64 ünvanında yerləşən fərdi yaşayış (ümumi sahəsi 91 kv.m) sahəsinin 16 mart 2022-ci ildə keçirilən ilkin hərracı baş tutmamışdır. Daşınmaz əmlakın təkrar hərracı 6 aprel 2022-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcəkdir. Daşınmaz əmlakın satış qiyməti 102850 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəh., Yasamal ray, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67

Son xəbərlər
Digər xəbərlər