19 dekabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Royalbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, daşınmaz əmlak, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4 ünvanında yerləşən (ü/s 81.32 kv.m) 62 nömrəli mənzildir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 32000 manatdır.