Azərbaycanda bağlanmış hotel yenidən fəaliyyətə başlayır

Chinar Hotel SPA 14 Mart tarixindən etibarən yenidən fəaliyyətə başlayır.

Banker.az bu barədə, hotelin verdiyi məlumata istinadən xəbər verir.

Bildirək ki, “Chinar Hotel” 7 yanvardan etibarən təmir-bərpa işləri ilə əlaqədar fəaliyyətini dayandırmışdır.

Xatırladaq ki, Azərbaycanın şimal-qərb bölgəsində, Naftalan şəhərində 20 hektar yaşıllıq ərazidə yerləşən CHINAR HOTEL & SPA müasir müalicə-istirahət kompleksidir. Müalicə-istirahət kompleksi özündə 170 müxtəlif kateqoriyalı otel nömrələrini, Poliklinika, Naftalan Terapiya Mərkəzi,Fizioterapiya və SPA bölmələrini birləşdirir.

Son xəbərlər
Digər xəbərlər