19 C
Baku
Sunday, October 13, 2024

Azərbaycanda bağlanmış son 4 bank üzrə kompensasiya ödənişlərinin 90%-i təmin olunub

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 27 əmanətçiyə 608 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

“Banker.az” Əmanətlərin Sığortalanması Fonduna istinadla bildirir ki, “Atabank”ın 9 657 əmanətçisi 236 milyon 339 min 432 manat, “Amrah Bank”ın 5 715 əmanətçisi 138 milyon 318 min 171 manat, “AGBank”ın 4 533 əmanətçisi 108 milyon 938 min 042 manat, “NBC Bank”ın isə 4 122 əmanətçisi 124 milyon 483 min 553 manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Son xəbərlər
Digər xəbərlər