Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış
şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin,
heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın,
qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən
yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunmuşdur.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki
aya nisbətən 100.8 faiz, əvvəlki ilin mart ayına nisbətən 106.6 faiz təşkil etmişdir.
Cari ilin mart ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma yazı kağızlarının, inşaat materiallarının, mebellərin, məişət cihazlarının, sabunların, diş pastalarının, dezodorantların və zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub . Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş
verməmişdir.
2022-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 100.8 faiz, əvvəlki ilin mart ayına nisbətən 110 faiz təşkil
etmişdir. Cari ilin mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli
xidmətlərdən daha çox bahalaşma hava nəqliyyatı ilə beynəlxalq və dəmir yolu nəqliyyatı ilə
ölkədaxili sərnişindaşıma, ictimai iaşə, bərbərxana və paltarların təmiri xidmətlərinin
qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi
dəyişikliklər baş verməmişdir.