11 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda bahalı maşınlara tələb azalıb

Avtomobil bazarında cüzi qiymət dəyişiklikləri müşahidə olunub.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məlumat yayıb.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, 30 min manatadək olan avtomobillərin qiyməti ferval ayında 1.2 faiz yüksəlib.

Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiymətində il ərzində 2.3 faiz artım qeydə alınıb.

Avtomobil bazarında qiymət artımı ötən ildə də davam edib. Dəyəri 30 min manata qədər olan avtomobillərin qiyməti 2022-ci ildə 8.5 faiz yüksəlib. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da həmin avtomobillərin qiymətində il ərzində 3.4 faiz artım olub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, 2022-ci ildə Azərbaycana 1 057,8 milyon ABŞ dolları dəyərində 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Son xəbərlər
Digər xəbərlər