Azərbaycan Banklar Assosiasiyasının (ABA) “İnsan resurslarının idarə olunması” Ekspert Qrupunun təşkilatçılığı və “Ziraat Bank Azərbaycan” ASC-nin dəstəyi ilə “Xüsusi karantin rejimindən sonra bank əməkdaşlarının işə adaptasiyası” mövzusunda ABA-ya üzv bankların əməkdaşları üçün onlayn seminar təşkil edilib.
ABA-dan Banker.az-a bildirilib ki, “Ziraat Bank Türkiye”nin İnsan resursları qrupunun rəhbəri İlker Met tərəfindən keçirilən seminarda koronavirus infeksiyasının (COVID-19) yarada biləcəyi təhlükənin qarşısının alınması üçün tətbiq edilmiş xüsusi karantin rejimindən sonra bank əməkdaşlarının iş rejiminin tənzimlənməsi, uzun fasilədən sonra normal iş rejiminə qayıdan əməkdaşların işə adaptasiyası, onların ev mühitindən iş mühitinə keçidinə daha tez nail olunması, yarana biləcək psixoloji və fizioloji təsirlərin itkisiz aradan qaldırılması, diqqət və konsentrasiyanın təmin olunması ilə bağlı təqdimat vasitəsilə mühazirələr edilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.