Azərbaycanda bankların əmanət portfeli 2026-cı ilin əvvəlindən 6,8% artıb.
Azərbaycan Mərkəzi Bankının iyun ayına dair statistikasına əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri nəzərə alınmadan banklardakı əmanətlərin ümumi həcmi 17 milyard 428,5 milyon manata çatıb.
İlin əvvəlindən əmanət portfelində 1 milyard 105 milyon manat artım qeydə alınıb.
Ümumi əmanətlərin 65,1%-ni müddətli əmanətlər təşkil edib. İyun ayının sonuna banklardakı müddətli əmanətlərin həcmi 11 milyard 344,8 milyon manat olub.
Eyni zamanda, unikal müddətli əmanətçilərin sayı əvvəlki ayla müqayisədə 2,1% və ya 4 485 nəfər artaraq 220 609 nəfərə çatıb.







