ASC “Xalq” bankı əmlakın idarə edilməsi şirkəti təsis edib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, bu, “Xalq Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
“Xalq Əmlak” MMC-nin nizamnamə kapitalı 40 milyon manatdır.
Şirkətin baş icraçı direktoru isə Süleyman Bağırov Mirtağı oğludur.
“Şirkətin əsas fəaliyyət istiqaməti əmlakın idarə edilmədir” – deyə, bildirilir.