Azərbaycan banklarının filialları və bank şöbələri sayında son bir ayda azalma qeydə alınıb.
Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə əsasən, mart ayında ölkədə bank filiallarının sayı 507-dan 506-ə düşüb.
Bank şöbələrinin sayı 127-dən 126-ya düşüb. ATM-lərin sayı isə son bir ayda 19 ədəd artmaqla 2677-ə çatıb.