8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda bank filialları artıb, bank şöbələri isə azalıb

Cari ilin 31 may tarixinə olan vəziyyətə görə Azərbaycanda 491 bank filialı, 96 bank şöbəsi fəaliyyət göstərir. May ayı ərzində filialların sayında 4 vahid artım, şöbələrin sayında isə 1 vahid azalma olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin 31 may tarixi ilə müqayisədə bu ilin müvafiq dövründə bank filiallarının sayı 26 vahid və ya 5.6% artıb, bank şöbələri isə 4 vahid və ya 4% azalıb.

Son xəbərlər
Digər xəbərlər