2021-ci ilin mart ayında bank filiallarının sayı 458, bank şöbələrinin sayı 105, ATM-lərin sayı isə 2 763 olub.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
2020-ci ilin martında isə bankın filiallarının sayı 506, şöbələrinin sayı 126, ATM-lərin sayı 2677 olub. Belə ki, ümumi sayda bu ilin birinci rübündə azalma müşahidə edilib.
Fevral ayı ilə müqayisədə martda bank filiallarının sayı 2 ədəd şöbələrinin sayı 3 ədəd azalıb, amma ATM-lərin sayı 16 ədəd artıb.