22 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanda bank filiallarının yayılma dərəcəsi aşağı olması əhalini rəqəmsal kanallara meylləndirir

Azərbaycan əhalisi rəqəmsal kanallara meyllənir.

Bunu IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən “Standard & Poor’s”un (S&P) analitiki Dmitri Nazarov bildirib.

Onun sözlərinə görə, statistikaya əsasən Azərbaycanda bank filiallarının yayılma dərəcəsi ümumilikdə və regionla müqayisədə aşağıdır və bu fakt insanları rəqəmsal kanallara meylləndirə bilər.

“Azərbaycanda rəqəmsal bankçılığa transformasiya dövründə bu prosesin güclü və zəif tərəfləri deyil, əsasən onu gözləyən risklər haqqında danışmalıyıq”, – deyə D. Nazarov əlavə edib.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər