15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda bank hesabatlarının təqdim edilməsi qaydaları dəyişib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişiklik edib. Təlimat Azərbaycanda fəaliyyət göstərən bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun pul və maliyyə əməliyyatları üzrə statistik hesabatların tərtib və təqdim edilməsi qaydalarını müəyyənləşdirir.

İndiyə qədər təqdim edilən hesabat statistik vahidin icra orqanının rəhbəri və ya baş mühasibin elektron imzaları ilə təsdiq edilib. Dəyişikliyə əsasən, bundan sonra təqdim edilən hesabat statistik vahidin icra orqanının üzvünün elektron imzası ilə də təsdiq edilə biləcək.

Son xəbərlər
Digər xəbərlər