Azərbaycanda bank işçilərinin sayı 20 minə yaxınlaşır – Bir ayda 89 nəfər artıb

Azərbaycanda 2020-ci ilin mart ayında bank işçilərinin sayı 19 846 nəfər olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2019-cu ilin mart ayında isə bank sektorunda çalışan işçilərin sayı isə 17 749 nəfər olub. Belə ki, illik müqayisədə bank işçilərinin sayı 2 097 nəfər və yaxud 12% artıb.

Bildirək ki, 2020-ci ilin fevralında isə bank sektorunda çalışan işçilərin sayı 19 757 nəfər təşkil edib ki, bu da aylıq müqayisədə cari ilin martında 89 nəfərin artması deməkdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər