4 C
Baku
Friday, December 26, 2025

Azərbaycanda bank işçilərinin sayı yenidən azaldı – 1 ayda 19 nəfər ixtisar edilib

Azərbaycanda 2020-ci ilin oktyabr ayında bank işçilərinin sayı 18 536 nəfər olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2019-cu ilin oktyabr ayında isə bank sektorunda çalışan işçilərin sayı isə 19 108 nəfər olub. Belə ki, illik müqayisədə bank işçilərinin sayı 572 nəfər və yaxud 3% azalıb.

Bildirək ki, 2020-ci ilin sentyabr ayında isə bank sektorunda çalışan işçilərin sayı 18 555 nəfər təşkil edib ki, bu da aylıq müqayisədə cari ilin oktyabr ayında 19 nəfərin azalması deməkdir.

Son xəbərlər
Digər xəbərlər