7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bank kartı ilə turistlərin ödənişi 2 dəfəyə yaxın azalıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayı təqdim edilib.

Banker.az xəbər verir ki, bu ilin mart ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 53,9 milyon manat təşkil edib.

Ötən ilin müvafiq dövründə isə bu əməliyyatlar 98 milyon manat təşkil edib. Belə ki, xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatlar 45% və yaxud 2 dəfəyə yaxın azalıb.

Ümumilikdə isə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 212 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər