Azərbaycanda milli valyutada olan Banklararası Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə emal olunmuş ödəniş əməliyyatların həcmi kəskin artıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin ilk 10 ayı üzrə statistik bülleteninə istinadən xəbər verir.
Belə ki, BKM ilə ilin ilk 10 ayı ərzində 15 milyard 26.9 milyon manatlıq əməliyyat aparılıb. Bu da 2022-ci ilin eyni dövründə 7 milyard 875.2 milyon manatlıq milli valyutada köçürmələr həyata keçmişdir ki, illik müqayisədə 91 faiz yuxarıdır.
Əməliyyatların təkcə 1 milyard 910 milyon manatı oktyabr ayında aparılıb.