14 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanda bank kartları rekord yeniləyir – 9 milyona çatır

Azərbaycanda 2020-ci ilin 1 oktyabr tarixinə Azərbaycanda bank karlarının sayı 8 milyon 967 min ədəd olmuşdur. Bu isə son bir ayda 206 min, və son bir ildə isə 1 milyon 758 min ədəd artım deməkdir. Bu barədə Mərkəzi Bankın cari ilin sentyabr ayı üzrə açıqladığı statistik bülletendə qeyd edilib.

Son bir ayda respublika ərazisində bank kartlarının sayında 2.4% artım dinamikası müşahidə edilir.

Bank kartlarından sosial kartların sayı son bir ayda 29 min artımla 3 milyon 408 min ədəd, əməkhaqqı kartları 41 min artımla 2 milyon 473 min ədəd, digər kartlar 97 min ədəd artımla 2 milyon 29 min ədəd və kredit kartları isə 39 min ədəd artımla 1 milyon 57 min ədəd olmuşdur.

AMB-nin statistikasına görə,  debet və kredit kartları ilə aparılan əməliyyatların sayı müvafiq olaraq 101 min (20 549 min) və 51 min (2 425 min) azalmışdır.

Eyni zamanda POS terminallarla aparılan əməliyyatların həcmi 40 mln. manat  azalaraq 110 mln. manat, ATM-lər ilə isə 51 mln. manat azalmaqla 1.62 mlrd. manat olmuşdur.

6575

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər