10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bank kartları sayı artaraq 9.23 milyona çatdı

Azərbaycanda bankların plastik kartlarının sayı son bir ayda 80 min (1%), illik müqayisədə isə 1 milyon 964 min ədəd (27%) artıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bankların plastik kartlarının sayı 9 milyon 230 min ədəd olub. Burada,  3 milyon 443 min sosial, 2 501  min ədədi əməkhaqqı, 1 milyon 93 min ədədi kredit kartları və 2 milyon 193 min ədədi isə digər plastik kartlar olmuşdur.

Sosial karların sayı son bir ayda 18 min (0.53%), əməkhaqqı kartlarının sayı 5 min (0.20%), digər kartlar 47 min (2.19%) və kredit kartları isə 20 min (1.86%) artmışdır.

Son xəbərlər
Digər xəbərlər