8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda bank kartlarından oğurluq edən şəxs saxlanılıb

Respublika ərazisində vətəndaşlara məxsus bank kartlarından dələduzluq yolu ilə pul oğurlayan şəxs Qubada saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Asif Səmədov saxlanılıb.

O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə digər şəxslərə məxsus bank kartlarının üzərində olan kodları müxtəlif yollarla əldə edərək uzun müddət ərzində Bakı şəhərində və respublikanın bir neçə rayonunda vətəndaşların pullarını mənimsəyib.
Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Qeyd edək ki, A.Səmədov əvvəllər də analoji əməllər törətdiyinə görə məsuliyyətə cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər