12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda bank kartlarının sayı 16 milyona çatıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 270 min ədəd artaraq 15 milyon 939 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.8% artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ödəniş kartlarında artım debet kartları üzrə 20.4%, kredit kartları üzrə 23.8% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 91 min, kredit kartları 411 min, digər kartlar isə 2.2 mln. ədəd artıb.

Son xəbərlər
Digər xəbərlər