Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 316 min ədəd artaraq 17 milyon 241 min ədəd təşkil edib.
Banker.az AMB-yə istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 24.4% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 25%, kredit kartları üzrə 20.7% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 139 min, kredit kartları 383 min, digər kartlar isə 2.8 mln. ədəd artıb.