Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 224 min ədəd artaraq 18 milyon 91 min ədəd təşkil edib.
Banker.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.3% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 21.5%, kredit kartları üzrə 12.6% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 dəfə artmışdır.
2024-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,103 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5,122 mln.
manatı elektron ticarətin payına düşür.