6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bank kartlarının sayı bir ayda 191 min ədəd artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 17 milyon 867 min ədəd təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21.2% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 22.1%, kredit kartları üzrə 15.3% təşkil edib.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6259 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər