Azərbaycanda bank kartlarının sayı 12 milyon ədədi keçərək yeni rekord qırıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank sistemi üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 118 min ədəd artaraq 11 milyon 901 min ədəd təşkil edib.
2022-ci ilin aprel ayının sonu ilə müqayisədə may ayında sosial kartlar 57 min ədəd azalaraq 3 milyon 454 min ədədə, əməkhaqqı kartları 3 min ədəd artaraq 2 milyon 650 min, kredit kartları 5 min ədəd artaraq 1 milyon 526 min ədədə, digər debet kartları 168 min ədəd artaraq 4 milyon 390 min ədədə çatıb.