12 C
Baku
Friday, November 1, 2024

Azərbaycanda bank kreditləri ilə iqtisadiyyata sərmayə qoyuluşu azalıb

Azərbaycanda bank kreditləri şəklində ölkə iqtisadiyyatına yatırılan sərmayə qoyuluşu azalıb. Belə ki, bank kreditləri ilə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi illik müqayisədə 5,9% azalaraq 2016-cı ilin yanvar-noyabr aylarında 1 374,6 mln. manat təşkil edib.

Agentliyin rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, cari ilin ilk 11 ayı ərzində ölkə iqtisadiyyatına yatırılan cəmi sərmayənin 10,6%-i məhz bank kreditlərinin payına düşüb.

Xatırladaq ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 009,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,0% az vəsait yönəldilib.

Ümumi sərmayənin 33,0%-i dövlət, 67,0%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,6%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 8 936,6 mln. manat, büdcə vəsaitləri 1 809,4 mln. manat, büdcədənkənar fondların vəsaitləri 138,5 mln. manat, əhalinin şəxsi vəsaitləri 473,9 mln. manat, sair vəsaitlər 276,1 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər