20 C
Baku
Saturday, September 21, 2024

Azərbaycanda bank kreditləri ucuzlaşdı

İndi istehlak krediti daha münasib faiz dərəcələri ilə verilir.

Son vaxtlar bütün mətbuatın diqqəti bank sektoruna yönəlib.

Məlumdur ki, bu hal Azərbaycan Mərkəzi Bankının bütün ölkə banklarına əhaliyə kredit verilişinə nəzarətin gücləndirilməsi, kreditlərin yalnız iş yerindən arayış əsasında ayrılması barədə göstərişindən sonra yaranıb.

Azərbaycanın bankları qaydaların sərtləşdirilməsinə istehlak kreditləri üzrə faiz dərəcələrini azaltmaqla reaksiya göstəriblər.

Belə ki, bu strategiyanı ölkə əhalisinin istehlak kreditləşdirməsi üçün daha çox müraciət etdiyi iki bank – “Bank of Baku” və “Unibank” seçib.

“Bank of Baku”nun nümayəndəsinin bildirdiyinə görə, MBA-nın qəbul etdiyi dəyişikliklərdən sonra istehlak kreditləri üzrə faiz dərəcələri 5-6% azalıb.

“Əvvəllər kreditlərin bu növü üzrə faiz dərəcələri 18% təşkil edirdisə, indi bu rəqəm 13%-ə bərabərdir”, – deyə, bankdan qeyd ediblər.

“Unibank”dan da istehlak kreditləri üzrə faiz dərəcələrinin azaldığını bildirsələr də, dəqiq rəqəmləri açıqlamayıblar.

“Unibank”ın nümayəndəsinin sözlərinə görə, “bank kreditin növündən asılı olaraq kreditlər üzrə faiz dərəcələrinin azaldılması istiqamətində kampaniya keçirdir”.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.