21 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda bank müştəriləri krediti almağı azaldır, depoziti artırırlar

Azərbaycan kommersiya banklarından kredit alanların sayı azalmaqdadır.

Banker.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası 31 avqust tarixinə olan icmal göstəricilərində qeyd edib.

Bankların müştərilərə verdiyi kredit portfelinin ümümi həcmi 11 mlrd. 905,5 mln manat olub ki, bunun da 10 mlrd. 250 mln. manatı xalis kreditlərdir. Bildirək ki, ötən ilin eyni dövründə bu rəqəmlər 11 mlrd. 907,2 mln. manat idi. Bununla da bankın cəmi aktivləri 28 mlrd. 121 mln. manat təşkil edib.

Banklara qoyulan depozitlərin həcmi ümümi olaraq 17 mlrd. 346,8 mln manat təşkil edib ki, bu ötən illə müqayisədə 1 mlrd. manata yaxın artımın olmasısdır.

Hazırda bankların cəmi öhdəlikləri 24 mlrd. 77 mln. manat təşkil edib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər