11 C
Baku
Friday, December 27, 2024

Azərbaycanda bank müştərilərin sayı 13 milyondan aşağı düşdü

İyunda Azərbaycan banklarının müştərilərinin sayı 1% azalaraq 13 milyondan aşağı düşüb. Banker.az bu barədə Mərkəzi Bankın yarımillik hesabatına istinadən xəbər verir. 30 iyun 2022-ci il tarixinə olan statistik göstəricilərə əsasən, bankların müştərilərinin sayı 12 871 984-dir ki, onların 99%-ini fiziki şəxslər təşkil edirlər.

Qeyd edək ki, 2022-ci ilin iyunda bank müştərisi olan fiziki şəxslərin sayı 1% azalaraq 12 739 705 nəfərə, fərdi sahibkarların sayı 2.1% artaraq 573 566 nəfərə, hüquqi şəxslərin sayı isə 3.7% artaraq 132 279 nəfərə çatıb.

 

Son xəbərlər
Digər xəbərlər