Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin may ayına 10 032 750 nəfər təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 423 679 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 609 071 nəfər artması deməkdir.
Bu ilin aprel ayında bank müştərilərinin sayı 9 722 976 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 309 774 nəfər artıb.
Bank müştərilərindən 9 914 070 nəfəri fiziki şəxslər, 118 680 nəfəri isə hüquqi şəxslər olub.