Azərbaycanda 2022-ci ilin oktyabr ayında bank müştərilərinin sayı 13 508 020 təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
İllik müqayisədə bank müştərilərin sayı 1 415 567 nəfər və ya 12% artıb. Ötən ilin eyni dövründə bank müştərilərinin sayı 12 092 453 olub.
Sentyabr ayında isə bank müştərilərin sayı 13 341 150 nəfər təşkil edib ki, bu da 1.3% artım deməkdir.
2022-ci ilin oktyabr ayı üzrə bank müştərisi olan fiziki şəxslərin sayı 1.3% artaraq 13 374 140 nəfərə, sahibkarlıqla məşğul olanların sayı 1.8% artaraq 617 820 nəfər, hüquqi şəxslərin sayı isə 0.8% artaraq 133 880 nəfər olub.