6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bank müştərilərinin sayı 14 milyonu keçdi

Azərbaycanda bank müştərilərinin sayı 2023-cü ilin iyul ayına 14 063 765 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

2022-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 13 141 852 nəfər olub. Belə ki, illik müqayisədə bank müştərilərinin sayı 921 913 nəfər və yaxud 7% artıb.

Bank müştərilərindən 13 919 402 nəfəri fiziki şəxslər, 144 363 nəfər isə hüquqi şəxslərdir.

Son xəbərlər
Digər xəbərlər