10 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda bank müştərilərinin sayı 6% artıb

Azərbaycanda bank müştərilərinin sayı 2023-ci ilin aprel ayına 13 630 435 nəfər təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2022-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 12 884 653 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 7 457 82 nəfər və ya 6% artması deməkdir.
Bu ilin mart ayında bank müştərilərinin sayı 13 700 836 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 7 0401 nəfər və ya 0.5% azalıb.
Bank müştərilərindən 13 490 183 nəfəri fiziki şəxslər, 140252 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 69 201 nəfər, hüquqi şəxslərin sayı 1200 nəfər azalıb.

Son xəbərlər
Digər xəbərlər