10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bank müştərilərinin sayı 9 milyona yaxınlaşır – Böyük artım

Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin sentyabr ayına 8 milyon 711 min 805 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2019-cu ilin eyni dövründə isə bank müştərilərinin sayı 7 milyon 723 min 356 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 988 min 449 nəfər artması deməkdir.

Cari ilin avqust ayında bank müştərilərinin sayı 8 milyon 629 min 305 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 82 min 500 nəfər artıb.

Bank müştərilərindən 8 milyon 597 min 413 nəfəri fiziki şəxslər, 114 min 392 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 82 min 613 nəfər artıb, hüquqi şəxslərin sayı 113 nəfər azalıb.

Bu ilin sentyabr ayında fiziki şəxslərin cari hesablarının sayı 17 milyon 345 min 110, hüquqi şəxslərin cari hesablarının sayı 258 min 317  olub.

Son xəbərlər
Digər xəbərlər