Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin iyun ayına 8 milyon 465 min 977 nəfər təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2019-cu ilin eyni dövründə isə bank müştərilərinin sayı 7 milyon 430 min 814 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 milyon 35 min 163 nəfər artması deməkdir.
Cari ilin may ayında bank müştərilərinin sayı 8 milyon 247 min 555 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 218 min 422 nəfər artıb.
Bank müştərilərindən 8 milyon 354 min 596 nəfəri fiziki şəxslər, 111 min 381 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 212 min 15 nəfər, hüquqi şəxslərin sayı 6 min 407 nəfər artıb.
Bu ilin iyun ayında fiziki şəxslərin cari hesablarının sayı 16 milyon 768 min 435, hüquqi şəxslərin cari hesablarının sayı 249 min 742 olub.