Bank müştərilərinin sayı 2020-ci ilin 12 ayı ərzində 1 056 245, dekabr ayında isə 85 244 artaraq 9 073 826-ya çatıb. 2019-cu ilin sonunda bank müştərilərinin sayı 8 017 581, noyabr ayının sonunda 8 988 582 idi. Artım fiziki şəxs, o cümlədən sahibkarlıqla məşğul olan müştərilərin artması ilə əlaqədardır.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin 12 ayı ərzində fiziki şəxs müştərilərin sayı 1 059 423 artaraq 8 959 725-ə, o cümlədən sahibkarlıqla məşğul olanlar müştərilərin sayı 60 771 artaraq 388 975-ə yüksəlib. 12 ay ərzində hüquqi şəxs bank müştərilərinin sayı isə 3 178 azalaraq 114 101-ə geriləyib. Noyabr ayının sonu ilə müqayisədə dekabr ayında hüquqi şəxs bank müştərilərinin sayı isə 625 artıb.