15 C
Baku
Friday, March 29, 2024

“Azərbaycanda bank olmayan ödəniş təchizatçıları sahəsində hüquqi boşluq mövcuddur”

Bu gün Azərbaycanda bank olmayan ödəniş təchizatçıları sahəsində hüquqi boşluq mövcuddur.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkədə ödəniş xidmətləri göstərən provayderlər mövcuddur, lakin onların fəaliyyəti müvafiq qanunlarla tənzimlənmir.

“Ölkədə “Ödəniş xidmətləri haqqında” qanun layihəsinin tətbiqi həmin fəaliyyətin lisenziyalaşdırmasını, tənzimlənməsini və ona nəzarətin həyata keçirilməsini təmin edəcək ki, bank olmayan ödəniş xidmətləri təchizatçıları da müvafiq tənzimləmə alətləri ilə əhatə olunacaq”, – deyə A. Quliyev qeyd edib.

Mərkəzi Bankın rəsmisi əlavə edib ki, tənzimləmə ölkədə fəaliyyət göstərən “Komtec” (“MilliÖn”), “Modenis” (“eManat”) və bu qəbildən olan bütün təchizatçılara şamil olunacaq.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər