23 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda bank ombudsmanı fəaliyyətə başlayacaq

Bu həftənin sonunadək Azərbaycanda bank ombudsmanı fəaliyyətə başlayacaq.

Bu barədə Trend-ə Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.

Məlumatda qeyd olunur ki, ombudsman təşkilatı assosiasiya nəzdində fəaliyyət göstərəcək.

Bank ombudsmanına 2 min dollaradək maliyyə mübahisələrinin həll olunması üçün müraciət etmək mümkün olacaq.

ABA-dan bildirilib ki, müraciətlərin qəbul edilməsi üçün www.bankombudsman.az saytı hazırdır.

Bank ombudsmanının əsas məqsədi banklara və onların müştərilərinə müqavilələrin bağlanması, icrası, dəyişdirilməsi və ya ləğv olunması ilə bağlı məsələləri məhkəməyə qədər həll etməkdən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər